Azad Rəhimov Qəbələ rayonunda sakinlərlə görüşüb

İdman
  • 07 may, 2018
  • 13:03
Azad Rəhimov Qəbələ rayonunda sakinlərlə görüşüb

Bakı. 7 may. REPORT.AZ/ Gənclər və idman naziri Azad Rəhimov Qəbələ rayonunda sakinlərlə görüşüb. 

"Report"un məlumatına görə, nazir Şəki, Balakən, Oğuz, Qax, Qəbələ, Zaqatala, İsmayıllı şəhər və rayon sakinlərinin şikayət və müraciətlərini dinləyib. Qəbələ Mədəniyyət Mərkəzində baş tutan və ümumilikdə, 20-yə yaxın vətəndaşın iştirak etdiyi qəbulda müraciətlər, əsasən,  gənclər, idman və digər sahələri əhatə edib.

Qeyri-Hökumət Gənclər Təşkilatlarının yaradılması, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay-qış istirahət düşərgələrinin təşkili, gənclər mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti gənclər sahəsini əhatə edən müraciətlər olub.

İdman sahəsi üzrə edilən müraciətlər sırasına isə fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplekslərinin, idman mərkəzlərinin tikintisi və təmiri, Uşaq-Gənclər İdman Mərkəzlərinin (UGİM) və bölmələrin yaradılması, idmançıların beynəlxalq yarışlarda iştirakı və s. mövzular daxil olub.

Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara göndərilmək üçün nəzarətə götürülüb.

Son xəbərlər

Bütün Xəbər Lenti