​Ziya Məmmədov qəbul keçirəcək

​Ziya Məmmədov qəbul keçirəcək Nazir Şəmkirdə vətəndaşlarla görüşəcək
İnfrastruktur
21 İyul , 2015 12:09
​Ziya Məmmədov qəbul keçirəcək

Bakı. 21 iyul. REPORT.AZ/ Nəqliyyat naziri Ziya Məmmədov iyulun 24-də Şəmkir şəhərində Qazax, Tovuz və Şəmkir rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Nazirliyin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, qəbula gəlmək istəyən vətəndaşların qeydiyyatı iyulun 22-də saat 09:00-dan 18:00-dək müvafiq olaraq üç ünvanda aparılacaq:

- Şəmkir “32 saylı Yol İstismarı İdarəsi” (Şəmkir rayonu, Dəllər qəsəbəsi)

- Qazax “35 saylı Yol İstismarı İdarəsi” (Qazax şəhəri, N.Nərimanov küçəsi, 117)

- Tovuz “34 saylı Yol İstismarı İdarəsi” (Tovuz rayonu, Abulbəyli kəndi).

Son xəbərlər

Orphus sistemi