Ziya Bünyadov prospektində baş vermiş qəza yolda tıxac yaradıb

Ziya Bünyadov prospektində baş vermiş qəza yolda tıxac yaradıb Prospektdə hər iki istiqamətdə avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir
İnfrastruktur
16 Sentyabr , 2016 09:30
Ziya Bünyadov prospektində baş vermiş qəza yolda tıxac yaradıb

Bakı. 16 sentyabr. REPORT.AZ/ Bu gün səhər saatlarında Bakıda Ziya Bünyadov prospektində yol-nəqliyyat hadisəsi baş verib. Olay nəticəsində prospektdə hər iki istiqamətdə avtomobillərin sıxlığı yaranıb. Bunu "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildiriblər. 

Bundan başqa, hazırda Yusif Səfərov küçəsi (hər iki istiqamətdə), Neftçilər prospektinin Yusif Səfərov küçəsi ilə kəsişməsi, Tbilisi prospekti, Koroğlu Rəhimov küçəsi, Babək prospekti (mərkəzə doğru), habelə Heydər Əliyev prospekti (H.Əliyev Mərkəzinə doğru), Abdulvahab Dəmirçizadə küçəsi (Təhsil Nazirliyinin qarşısı), Ağa Nemətulla küçəsi, Üzeyir Hacıbəyov küçəsi, Niyazi küçəsi ("İçəri şəhər" metrosu istiqamətində), eləcə də 28 May küçəsi (Rəşid Behbudov küçəsinə doğru), Cəfər Xəndan küçəsi və Binəqədi şosesində (köhnə Karl Marks dairəsinə doğru) avtomobillərin hərəkətində sıxlıq müşahidə edilir.  

Son xəbərlər

Orphus sistemi