​Ziya Bünyadov prospekti ilə hərəkət bərpa olunub

​Ziya Bünyadov prospekti ilə hərəkət bərpa olunub Ərazidə aparılan təmir işləri bitib
İnfrastruktur
31 Mart , 2015 11:08
​Ziya Bünyadov prospekti ilə hərəkət bərpa olunub

Bakı. 31 mart. REPORT.AZ/ Bakı şəhərində Ziya Bünyadov prospektinin əsas yolunda ("Koroğlu" metrosu istiqamətində) nəqliyyat vasitələrinin hərəkəti bərpa olunub.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) "Report"a verilən məlumata görə, həmin hissədə aparılan təmir işləri artıq yekunlaşıb.

Qeyd edək ki, 20 Yanvar dairəsi istiqamətində baş vermiş yol nəqliyyat hadisəsi səbəbindən sıxlıq müşahidə olunur.

Son xəbərlər

Orphus sistemi