Yuxarı
    Bağlamaq

    Zığ və Böyükşor göllərinin mühafizə zonasının hüdudları təsdiqlənib

    Bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb

    Bakı. 25 may. REPORT.AZ/ Azərbaycan Nazirlər Kabineti "Zığ gölünün və onun mühafizə zonasının hüdudlarının təsdiq edilməsi haqqında" qərarı təsdiq edib.

    "Report"un xəbərinə görə, bununla bağlı qərarı baş nazir Artur Rasi-zadə imzalayıb.

    Sənədə əsasən, Zığ gölünün 106,49 hektarlıq sahəsi olan akvatoriyasının və onun 184,58 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş hüdudları təsdiq edilib.

    Bundan başqa, Böyükşor gölünün 1159,39 hektarlıq sahəsi olan akvatoriyasının və onun 467,85 hektarlıq sahəsi olan mühafizə zonasının əlavə olunmuş xəritədə göstərilmiş sərhədləri də təsdiq olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi