Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir

Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir Hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq
İnfrastruktur
17 İyul , 2017 15:26
Zığ-Hövsan yolunda 3 yerüstü piyada keçidi inşa edilir
Azeravtoyol.gov.az

Bakı. 17 iyul. REPORT.AZ/ Zığ-Hövsan avtomobil yolunda 3 yerüstü piyada keçidi inşa edilir. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, yeni piyada keçidləri sözügedən yolun 1,8 km, 2,7 km və 4,4-cü km-lik hissələrində yerləşir.

Keçidlərin hər birinin uzunluğu 41,2 metr, qalereyasının eni 3,8 metr, hündürlüyü isə 3 metrdir. Üstü bağlı və ikiaşırımlı (orta dayaqlı) olan keçidlərin yol səthindən hündürlüyü 5,7 metr təşkil edir. Metal konstruksiyalı piyada keçidləri dəmir-beton dayaqlar üzərində qurulub.

"Hər 3 keçidin ətrafında avtobus dayanacağı quraşdırılacaq, sərnişin avtobusların ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr yaradılacaq, ərazidə lazımi yol nişanları quraşdırılacaq. Keçidlərin tikintisi ilə həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq", - deyə məlumatda bildirilib.

Son xəbərlər

Orphus sistemi