Bakı. 23 dekabr. REPORT.AZ/ Bu gün Bakı şəhərinin Zərifə Əliyeva küçəsində (M.Ə.Rəsulzadə küçəsi ilə kəsişməyə qədər) nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir. Sıxlığın yaranmasına səbəb ərazidə aparılan təmir-bərpa işləri ilə bağlıdır.
Bu haqda "Report"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.
Bundan başqa, Azadlıq prospekti (mərkəzə doğru), Tbilisi və Ziya Bünyadov prospektlərində də avtomobillərin sıxlığı yaranıb.