Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır

Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır Bununla əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək
İnfrastruktur
9 İyun , 2017 10:24
Zabrat-Maştağa avtomobil yolunda rənglənmə işləri aparılır
Report

Bakı. 9 iyun. REPORT.AZ/ Zabrat-Maştağa avtomobil yolunun Heydər Əliyev prospekti ilə kəsişməsindən Zabrat dairəsinə qədər olan hissəsində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Bu barədə "Report"a "Azəravtoyol" ASC-dən bildirilib. 

Məlumatda deyilir ki, bununla əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti işlərin aparıldığı zolaqlar üzrə məhdudlaşdırılaraq digər hərəkət zolaqlarına yönəldiləcək. "Azəravtoyol" sürücülərdən sözügedən ərazidə diqqətli hərəkət etmələrini tövsiyyə edir.

Qeyd edək ki, üfuqi nişanlanma xətlərinin çəklişi işləri bu gün axşam saatlarına qədər tam yekunlaşdırlacaq.

Son xəbərlər

Orphus sistemi