Abid Şərifov: "Yeni Şuranın yaradılması Azərbaycan üzərindən yükdaşımalar həyata keçirən insanların işini asanlaşdıracaq"

Abid Şərifov: "Yeni Şuranın yaradılması Azərbaycan üzərindən yükdaşımalar həyata keçirən insanların işini asanlaşdıracaq" Yeni qurum bu sahədə fəaliyyət göstərəcək qurumlara yardım edəcək
İnfrastruktur
23 Oktyabr , 2015 13:01
Abid Şərifov: Yeni Şuranın yaradılması Azərbaycan üzərindən yükdaşımalar həyata keçirən insanların işini asanlaşdıracaq

Bakı. 23 oktyabr. REPORT.AZ/ Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurası Azərbaycan üzərindən yükdaşımalar həyata keçirən insanların işini asanlaşdıracaq. "Report" xəbər verir ki, bunu baş nazirin müavini Abid Şərifov dövlət başçısının fərmanı ilə Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılmasını şərh edərkən bildirib. 

Qurumun yaradılmasının önəmli məsələ olduğunu vurğulayan hökumət təmsilçisi qeyd edib ki, son iki ildə Azərbaycan üzərindən daşınan yüklərin həcmi azalıb. Onun sözlərinə görə, məsələnin obyektiv və subyektiv tərəfləri var və bunu təkcə nəqliyyatçılarla əlaqələndirmək olmaz.

"Əvvəllər yüklər istər hava, istər quru, istərsə də su vasitəsilə Azərbaycan üzərindən daşınarkən 5-6 qapı döyməli olurdusa, indi yeganə bir quruma müraciət edəcək. Bu, Azərbaycan üzərindən işləyən müştərilər üçün olduqca önəmli və zəruri məsələdir. Fərmandan da göründüyü kimi burada bir neçə qurum fəaliyyət göstərəcək. Onların arasında hər hansı bir problemin olmaması, habelə digər zəruri məsələlərin tənzimlənməsi, məsləhətlərin verilməsindən ötrü də Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının yaradılması lazım idi", - deyə A. Şərifov bildirib.

Son xəbərlər

Orphus sistemi