Bakı. 13 oktybar. REPORT.AZ/ Gələn il Azərbaycanda yeni istehsal sahələrinin yaranması diqqət mərkəzində saxlanılacaq.
“Report”un verdiyi xəbərə görə, bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev
Nazir bildirib ki, gələn il orta aylıq əmək haqqının 474 manat, yaşayış minimumu 136 manat, inflyasiya 3,3% təşkil edəcək.
Onun sözlərinə görə, gələn il xidmət sektorunda isə 4,8%, növbəti illərdə 5,1% artım nəzərdə tutulub.
“Turizm sektorunda yerli və xarici investisiyaların cəlbi, turizm sektorunda yeniliklərin tətbiqi nəticəsində turizm sektorunun 2016 -2019-cu illərdə 12,5% artacağı proqnozlaşdırılır", - Ş.Mustafayev bildirib.