Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə 73 vaqon qoşulub

Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə 73 vaqon qoşulub Bakı. 4 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin kollektivi yeni təqvim ili ərəfəsində - istirahət günlərində gucləndirilmiş iş rejimində çalışıb.
İnfrastruktur
4 Yanvar , 2018 16:20
Yeni il bayramı günlərində sərnişin qatarlarına əlavə 73 vaqon qoşulub

Bakı. 4 yanvar. REPORT.AZ/ “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişin daşımaları departamentinin kollektivi yeni təqvim ili ərəfəsində - istirahət günlərində gucləndirilmiş iş rejimində çalışıb.

“Report” ADY-yə istinadən xəbər verir ki, bayram günlərində sərnişin sıxlığını qismən də olsa, azaltmaq üçün yerli istiqamətdə hərəkət edən sərnişin qatarlarına və 38/37 nömrəli Bakı-Tbilisi-Bakı beynəlxalq sürət qatarına ümumi sxemdən əlavə 73 vaqon qoşulub.

Son 7 gün ərzində qatarlarla 16 404 nəfər sərnişin daşınıb. Bu da adi iş günlərində daşınan normadan iki dəfə çoxdur.

Son xəbərlər

Orphus sistemi