Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq

Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq “Rosaviasiya” İdarəsi bunun üçün "Nordwind Airlines" icazə verib
İnfrastruktur
1 May , 2017 11:48
Yekaterinburq şəhərindən Lənkərana aviareys açılacaq

Bakı. 1 may. REPORT.AZ/ Rusiyanın "Nordwind Airlines" aviaşirkəti Yekaterinburqdan Lənkərana mütəmadi aviareyslər yerinə yetirəcək.

"Report"un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, aviaşirkət qeyd edilən istiqamət üzrə uçuşlar həyata keçirmək üçün "Rosaviasiya” İdarəsindən müvafiq icazə alıb. Aviaşirkət Yekaterinburq-Lənkəran reyslərini həftədə 3 dəfə həyata keçirməyi planlaşdırır.

"Aviaşirkət, həmçinin Moskva və Sankt-Peterburqdan da Lənkərana uçmağı planlaşdırır", - deyə məlumatda əlavə edilib.

Qeyd edək ki, hazırda Yekaterinburqun Koltsovo beynəlxalq hava limanından Bakıya birbaşa uçuşlar yerinə yetirilir. Uçuşları "Ural Airlines" icra edir.

Koltsovo beynəlxalq hava limanı mart ayının sonundan yay qrafikinə keçib. Bu mövsümdə Yekaterinburqdan 34 aviaşirkət 79 istiqamət üzrə uçuşlar yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi