Yekaterinburq-Bakı aviareysində 2 saat gecikmə olacaq

Yekaterinburq-Bakı aviareysində 2 saat gecikmə olacaq “Ural Hava Yolları” şirkəti gecikmənin səbəbini açıqlamır
İnfrastruktur
31 Avqust , 2017 10:11
Yekaterinburq-Bakı aviareysində 2 saat gecikmə olacaq

Bakı. 31 avqust. REPORT.AZ/ Rusiyanın “Ural Hava Yolları” şirkətinin Yekaterinburq Azərbaycan və Gürcüstana olan bugünkü reyslərində gecikmə olacaq. 

“Report”un məlumatına görə, Azərbaycana gələn sərnişinlər Yekaterinburqun “Koltsovo” hava limanında daha 2 saat vaxt keçirəcəklər.

Məlumata görə, Bakıya uçuş 18:50-yə müəyyən edilsə də sonradan bu, 20:00-a dəyişdirilib.

Qeyd edək ki, Batumi və Sankt-Peterburq reyslərində də gecikmələr nəzərdə tutulub.

“Ural Hava Yolları” şirkəti gecikmələrin səbəbini açıqlamır. 

Son xəbərlər

Orphus sistemi