Bakıda daha bir yol əsaslı təmir edilir

Bakıda daha bir yol əsaslı təmir edilir Deformasiyaya uğramış köhnə yol yatağının əvəzinə, 50-60 sm qalınlığında yeni yol əsası tikilib
İnfrastruktur
29 Dekabr , 2015 12:35
Bakıda daha bir yol əsaslı təmir edilir

Bakı. 29 dekabr. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsinin əsaslı təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və general Akim Abbasov küçələri arasında yerləşən hissəsi əsaslı şəkildə təmir edilir. 

"Azəryolservis" ASC-nin Mətbuat Katibliyindən "Report"a daxil olan məlumata görə, bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq ərazidən daşınıb. Daha sonra deformasiyaya uğramış köhnə yol yatağı da qazılaraq çıxarılıb və bunun əvəzinə, 50-60 sm qalınlığında yeni yol əsası tikilib.

Kompleks şəkildə “Azəryolservis” tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Hazırda Əhməd Cəmil küçəsində də mövcud olan piyada səkilərinin təmir olunaraq asfaltlanması işləri aparılır. Qeyd edək ki, səkilərin kənarlarına ümumilikdə 1 300 paqonmetr yeni səki daşı düzülüb.

Hazırda küçəyə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılır. İkiqat və 10 sm qalınlıqda olmaqla əsaslı şəkildə təmir-tikinti işlərinin aparıldığı küçənin təqribən 8 min kv. metr sahəsinin asfaltlanması planlaşdırılır.

Yüksək keyfiyyətlə aparılan təmir-tikinti işlərinin yaxın günlərdə yekunlaşdırılması nəzərdə tutulub. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Son xəbərlər

Orphus sistemi