Yardımlı rayonunun bir neçə dağ kəndinə su verilib

Yardımlı rayonunun bir neçə dağ kəndinə su verilib Layihənin icrası tam başa çatdıqdan sonra 15 kənddə 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq
İnfrastruktur
1 İyun , 2015 18:36
Yardımlı rayonunun bir neçə dağ kəndinə su verilib

Bakı. 1 iyun. REPORT.AZ/ “Azərsu” ASC Yardımlı rayonunun içməli su problemindən əziyyət çəkən ucqar dağ kəndləri - Vərgədüz, Osnakəran, Bürzünbül və Bilnə kəndlərinin su təchizatının yaradılması layihəsinin birinci mərhələsinin icrasını başa çatdırıb.

“Azərsu”nun “Birləşmiş Sukanal” MMC-nin direktoru Etibar Məmmədov kənd yaşayış məntəqələrinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən layihələr barədə məlumat verib. Onun sözlərinə görə, layihənin icrasına 2013-cü ildə başlanılıb və artıq 4 kəndin sakinləri keyfiyyətli içməli su ilə təmin olunublar, gələcəkdə onların sayı 15-ə çatdırılacaq. Layihənin icrası nəticəsində 4 kənddə 6 min nəfərin içməli su təchizatı əsaslı şəkildə yaxşılaşdırılıb.

"Report" xəbər verir ki, ümumilikdə layihə Yardımlı rayonunun Osnakəran, Bürzünbül, Vərgədüz, Bilnə, Əngövül, Vərov, Yolacaq, Separadi, Keçələkəran, Bozayran, Dəryavar, Sırıq, Anzov, Hamarkənd və Zəngənə kəndlərini əhatə edir. Layihənin icrası tam başa çatdıqdan sonra Yardımlı rayonunun 15 kəndində 2 688 ailə təsərrüfatının və ya 12 min sakinin içməli su təchizatı yaxşılaşdırılacaq. Bu məqsədlə yeni xətlərin və anbarların tikintisi layihələndirilib.

Qeyd edək ki, “Azərsu” ASC Füzuli, Tovuz, Zaqatala, Ağcabədi, Quba rayonlarının içməli su çatışmazlığı müşahidə olunan kəndlərində də layihələr icra edir və iyun ayında bu layihələrin bir çoxu yekunlaşacaq.

Son xəbərlər

Orphus sistemi