Yuxarı
    Bağlamaq

    "Yandex. Taksi" və "Uber" sərnişinləri sığortalamaq istəyir

    Şirkətlər hələlik bunun gediş haqqına mümkün təsiri barədə açıqlama vermir

    Bakı. 15 avqust. REPORT.AZ/ "Yandex.Taksi" və "Uber" şirkətləri sərnişinlər yolda ikən onların həyat və sağlamlığının sığortasının təşkili barədə danışıqlar aparır.

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi məlumata görə, hazırda bu məsələ detallı şəkildə araşdırılır.

    Şirkətlər hələlik yeni layihənin gediş haqqına hər hansı mümkün təsiri barədə açıqlama vermir.

    Xatırladaq ki, iyulun əvvəlində "Yandex" və "Uber" şirkətləri Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan və Qazaxıstanda onlayn-sifariş üzrə taksi xidmətlərinin birləşdirilməsinə dair müqavilə imzalayıb.

    “Uber” və “Yandex” şirkətlərinin gedişlərin onlayn sifarişi bizneslərini bir şirkət daxilində birləşdirilməsinə dair sazişin şərtlərinə əsasən, tərəflər yeni şirkətin dəyərini 3,725 mlrd. dollar həcmində qiymətləndirib və ona müvafiq olaraq 100 mln. dollar və 225 mln. dollar məbləğində sərmayə yatıracaq. Bu yatırımları və mümkün ola bilən düzəlişləri nəzərə almaqla müqavilənin bitməsi zamanı şirkətin 59,3%-i “Yandex”ə, 36,6%-i “Uber”ə, 4,1%-i isə şirkətin əməkdaşlarına məxsus olacaq.

    Sazişin tam olaraq 2017-ci ilin IV rübündə tamamlanması planlaşdırılır.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi