Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb

Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb Uzunluğu 23 km olan avtomobil yolunun eni genişləndiriləcək
İnfrastruktur
13 May , 2016 10:55
Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb

Bakı. 13 may. REPORT.AZ/ Xaçmaz rayonunun Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisinə başlanılıb. "Azəravtoyol" ASC-dən "Report"a daxil olan xəbərə görə, uzun müddətdir əsaslı təmir olunmadığı üçün hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə olan və nəticədə avtonəqliyyat vasitələrinin hərəkətində çətinliklər olan yolun uzunluğu 23 km, mövcud eni 6-7 metrdir.

Tikinti işləri çərçivəsində yol III texniki dərəcəyə uyğun olaraq 7-8 metrə qədər genişləndirilir. Yol yatağının eni isə 12 metr təşkil edəcək.

İki hərəkət zolaqlı yolun hər iki istiqaməti üzrə çiyinlər tikilərək, bərkidiləcək, yaşayış məntəqələrindən keçən hissədə isə piyada səkiləri yaradılacaq. Bundan başqa, avtomobil yolunun alt hissəsindən suların ötürülməsi üçün nəzərdə tutulan mövcud boruların hamısı bərpa olunacaq.

Tikinti işləri yekunlaşandan sonra yolun zəruri olan yerlərinə yol nişanları quraşdırılacaq, yol cizgi və yol göstərici xətləri çəkiləcək.

Qeyd edək ki, 18 yaşayış məntəqəsini birləşdirən Xudat-Yalama-Zuxuloba avtomobil yolunun tikintisi ilə 28 min nəfər əhalinin gediş-gəlişi xeyli asanlaşacaq, insanların kənd təsərrüfatı məhsullarını sahələrdə birbaşa olaraq bazarlara rahat çatdırılması mümkün olacaq.

Son xəbərlər

Orphus sistemi