Xocasən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır

Xocasən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır Bakı. 1 iyun. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq.
İnfrastruktur
1 İyun , 2018 10:11
Xocasən-Lökbatan yolunda hərəkət məhdudlaşdırılır
Report
0 : 00
0 : 00

Bakı. 1 iyun. REPORT.AZ/ Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə bu gün səhər saat 09:30-dan axşam saatlarınadək Binəqədi- Qaradağ rayonu, Xocasən-Lökbatan yolu, Xocasən dairəsindən Meyvəli dairəsinə kimi üfiqi nişanlanma xətlərinin rənglənməsi və yenilərinin çəkilişi işləri aparılacaq. 

Bu barədə “Report”a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu məqsədlə sözügedən yollarda avtonəqliyyat vasitələrinin hərəkəti iş aparılan zolaqlar üzrə hissə-hissə məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Son xəbərlər

Orphus sistemi