Xocahəsəndə dağılmış yerüstü piyada keçidi bərpa edilib

Xocahəsəndə dağılmış yerüstü piyada keçidi bərpa edilib Keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub
İnfrastruktur
2 Sentyabr , 2016 17:38
Xocahəsəndə dağılmış yerüstü piyada keçidi bərpa edilib

Bakı. 2 sentyabr. REPORT.AZ/ Xocahəsən avtomobil yolunda bir müddət əvvəl avtonəqliyyat hadisəsi zamanı qəzalı vəziyyətə düşən yerüstü piyada keçidi bərpa olunaraq vətəndaşların istifadəsinə verilib. 

"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, bərpa işləri zamanı qəza nəticəsində keçidin dağılmış dəmir tirləri, həmçinin alt hissədə və kənarlarda olan üzlük materialları yeniləri ilə əvəzlənib. Bundan başqa, keçidin qalereyasının divarları, tavanı və döşəməsi əsaslı şəkildə təmir olunub.

Xatırladaq ki, ötən il “Shacman” markalı yük maşının sürücüsü yük hissəsi açıq vəziyyətdə idarə etdiyi avtonəqliyyat vasitəsini Xocahəsən avtomobil yolunda yerləşən yerüstü piyada keçidinə çırpıb. Nəticədə, piyada keçidinin alt hissəsi dağılaraq, qəzalı vəziyyətə düşüb.

Son xəbərlər

Orphus sistemi