Xocahəsən-Lökbatan avtomobil yolunun bir hissəsi təmir edilir

Xocahəsən-Lökbatan avtomobil yolunun bir hissəsi təmir edilir Təmizlənmiş hissələrə 10 min kv.metr yeni asfalt-beton örtüyü döşənəcək
İnfrastruktur
7 Avqust , 2017 17:00
Xocahəsən-Lökbatan avtomobil yolunun bir hissəsi təmir edilir
Azeravtoyol.gov.az

Bakı. 7 avqust. REPORT.AZ/ Xocahəsən-Lökbatan avtomobil yolunun 9-13 km-lik hissəsində cari təmir-bərpa işləri aparılır. “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, təmir işləri çərçivəsində yolun köhnə asfalt-beton örtüyünün qabarmış və dağılmış hissələri frez maşınları vasitəsi ilə qaşınaraq kənara daşınır.

Ümumilikdə, təmizlənmiş hissələrə 10 min kv.metr yeni asfalt-beton örtüyü döşənəcək.

"Təmir-bərpa işləri tərtib olunmuş qrafikə uyğun aparılır və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Təmir-bərpa işlərinin bir neçə gün ərzində yekunlaşdırılması planlaşdırılır. Bununla əlaqədar olaraq, qeyd edilən yolda sıxlığın yaranmaması üçün sürücülərdən hərəkət istiqamətlərinə uyğun olaraq öncədən alternativ yollar seçməklərini tövsiyə olunur", - deyə cəmiyyətin məlumatında əlavə edilib.

Son xəbərlər

Orphus sistemi