Bakı. 28 may. REPORT.AZ/ Mayın 28-də Xızı rayonundakı Yeni Yaşma Külək Parkının 2,5 meqavatlıq bir külək turbini istifadəyə verilib.
"Report" AZƏRTAC-a istinadən xəbər verir ki, layihə gücü 50 meqavat olan külək parkındakı bütün stansiya Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən tam sınaqdan keçirilib.
Böyük miqyaslı bu layihənin ilkin olaraq işlək vəziyyətə gətirilən külək turbini külək enerjisindən elektrik enerjisi istehsal edərək, onu ümumi elektrik şəbəkəsinə ötürməyə başlayıb. Qısa müddətə külək parkı tam gücü ilə respublikamızın ümumi enerji şəbəkəsinə qoşulacaq.