“Azərbaycan Dəmir Yolları": Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

“Azərbaycan Dəmir Yolları": Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb Bu gün saat 08:30 radələrində Azərbaycan Dəmir Yolları QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.
İnfrastruktur
22 Noyabr , 2019 12:39
“Azərbaycan Dəmir Yolları: Xırdalan stansiyasında texniki nasazlıq aradan qaldırılıb

Bu gün saat 08:30 radələrində "Azərbaycan Dəmir Yolları" QSC-nin Xırdalan stansiyasının kontakt rabitə şəbəkəsində nasazlıq yaranıb.

Bu barədə "Report"a qurumdan bildirilib. 

Məlumatda deyilir ki, yağışlı hava şəraitinin yaratdığı atmosfer gərginliyi nəticəsində kontakt şəbəkəsində izolyator zədələnib. Bununla da, Sumqayıt-Bakı elektrik qatarları Xırdalan stansiyasında 23-42 dəqiqə dayanmalı olub. Nasazlıq təcili aradan qaldırılıb və qatarlar hazırda qrafikə uyğun hərəkət edir.

“Azərbaycan Dəmir Yolları” yaranmış narahatlığa görə sərnişinlərdən üzr istəyir. 

Son xəbərlər

Orphus sistemi