Yuxarı

Xəzər dənizinin ən böyük barjı təmir olunub

​Xəzər dənizinin ən böyük barjı təmir olunub

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər Dəniz Neft Donanmasının balansında olan “STB-1” barjı təmir olunub. 

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, proses “Bibiheybət” Gəmi Təmiri Zavodunda həyata keçirilib

Təmir müddətində üzən vasitənin sualtı və suüstü hissəsi təmizlənib və rənglənib. Bundan başqa, barjın dib-yan armaturlarının təmiri də yerinə yetirilib.

Təmirdən sonra “STB-1” heyəti üzvləri və Registr təsnifatı nümayəndələrinə təhvil verilib. Barj artıq tərsanədən suya buraxılıb və Xəzər Dəniz Neft Donanmasına məxsus Liman-bazaya göndərilib.

Məlumat üçün bildirək ki, “STB-1” barjının uzunluğu 163, eni 45 metr, göyərtəyə yükgötürmə qabiliyyəti 18 000 tondur. Bu da onun Xəzər dənizində ən böyük barj olduğunu deməyə əsas verir.

“STB-1” dəniz stasionar platformalarının tikintisi üçün böyükölçülü dayaq bloklarının daşınmasında istismar olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi