Yuxarı
    Bağlamaq

    "Xəzər Dəniz Gəmiçiliyi"ndə keçirilən auditin nəticələri açıqlanıb

    “Ernst & Young” gəmiçilik şirkətinə müsbət rəy verib

    Bakı. 28 iyun. REPORT.AZ/ Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) davamlı inkişaf haqqında hesabatı “Ernst & Young” şirkəti tərəfindən müstəqil auditdən keçirilərək, müsbət rəy alıb. "Xəzər Dəniz Gəmiçiliyi" QSC-dən "Report"a verilən məlumata görə, Gəmiçiliyin 2014-2015-ci illərdə iqtisadi, sosial və ekoloji sahələrdə fəaliyyətinin nəticələrini açıqlayan hesabatda keyfiyyət, sağlamlıq, ətraf mühitin qorunması, əməyin mühafizəsi, kadrların idarə edilməsi və digər sosial sahələrdə yerinə yetirilmiş işlər və əldə olunmuş nailiyyətlər öz əksini tapıb.

    Qeyd edək ki, AXDG-nin davamlı inkişaf haqqında hesabatı Beynəlxalq Qlobal Hesabatlılıq Təşəbbüsünün GRI Sisteminin logistika və nəqliyyat xidmətlərinə dair mövcud tələbləri nəzərə alınaraq hazırlanıb. Bu proses 2015-ci ilin noyabrından başlayıb və sənəd 2016-cı ilin əvvəlində “Ernst & Young” beynəlxalq audit şirkətlərinə təqdim edilib.

    Bu, AXDG-nin davamlı inkişaf sahəsində ilk hesabatıdır. Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi Xəzər hövzəsində Sosial Korporativ Məsuliyyət üzrə fəaliyyətinə dair davamlı inkişaf haqqında hesabatını açıqlayan ilk gəmiçilik şirkətidir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi