Yuxarı

Xətai rayonunda daha bir yol təmir olunur

Təmir işləri müddətində küçəboyu avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə məhdudlaşdırılacaq

Bakı. 11 mart. REPORT.AZ/ "Azəravtoyol” ASC Bakı şəhərinin Xətai rayonunda İlqar Zülfüqarov küçəsini təmir edir. Küçənin uzunluğu 1 km, eni isə 7 metrdir. Təmir-tikinti işləri çərçivəsində küçəboyu köhnə səki daşlarının sökülməsi işləri aparılır. Daha sonra köhnə asflat-beton örtüyü qaşınaraq ərazidən daşınacaq. Bunun əvəzinə isə ikiqat olmaqla, təqribən 7 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənəcək. Bu barədə "Report"a cəmiyyətdən məlumat verilib. 

Təmir-tikinti işləri çərçivəsində kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları yenilənəcək. Bundan başqa, mövcud piyada səkiləri də bərpa olunaraq, asfaltlanacaq. Təmir işləri çərçivəsində nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi məqsədi ilə zəruri olan yerlərdə yol nişanları quraşdırılacaq, yol cizgi xətlərinin və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.

Təmir işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub. Təmir işləri gedən müddət ərzində küçəboyu avtonəqliyyat vasitələrinin hərəkəti qısa müddətə hissə-hissə məhdudlaşdırılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi