Vətəndaşlar aldıqları mənzilin qiymətini elektron qaydada müəyyənləşdirəcəklər

Vətəndaşlar aldıqları mənzilin qiymətini elektron qaydada müəyyənləşdirəcəklər Yeni tikilən binada mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını əvvəlcədən öyrənə biləcəklər
İnfrastruktur
27 Sentyabr , 2017 11:30
Vətəndaşlar aldıqları mənzilin qiymətini elektron qaydada müəyyənləşdirəcəklər

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycanda yeni tikilən binalardan mənzil alanlar həmin binanın sənədlərinin qaydasında olub-olmadığını və aldıqları mənzillərə çıxarış verilib-verilməyəcəyini əvvəlcədən elektron qaydada öyrənə biləcəklər.

"Report" xəbər verir ki, bu barədə Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) "Daşınmaz əmlakın qeydiyyatında yeni elektron xidmətlər: vətəndaş məmnunluğunun artırılmasına yönəlmiş addımlar" mövzusunda bu gün keçirdiyi ictimai təqdimatda məlumat verilib.

Tədbirdə həmçinin bildirilib ki, vətəndaşlar aldıqları mənzillərin qiymətini əvvəlcədən bazar dəyərinə uyğun müəyyənləşdirəcəklər. Bunun üçün Komitə tərəfindən "Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi" və "Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi" elektron xidmətləri istifadəyə verilib və Elektron Hökumət portalına inteqrasiya olunub.

Tədbirdə qeyd olunub ki, vətəndaşlar mənzil alarkən mənzillərin gələcəkdə sənədləşmə vəziyyəti, habelə alqı-satqı əməliyyatlarında mənzillərin bazar qiyməti haqda real və etibarlı məlumatlara ehtiyac hiss edirlər. Yeni xidmətlər də məhz vətəndaşların işini asanlaşdıracaq. Bu xidmətlərdən əmlak sahibi olmaq istəyən vətəndaşlar, tikinti və rieltor şirkətləri, hüquqşünaslar, bank nümayəndələri, qiymətləndirmə şirkətləri istifadə edə bilər.

Son xəbərlər

Orphus sistemi