Yuxarı
    Bağlamaq

    "UTair" aviaşirkəti Moskva-Bakı reysini bərpa edir

    Gündəlik reyslərə sentyabrın 7-dən başlanacaq,  minimal qiymət isə 165 dollar olacaq

    Bakı. 20 avqust. REPORT.AZ/ Rusiyanın "UTair" aviaşirkəti gələn aydan Moskva-Bakı marşrutu ilə müntəzəm reysləri bərpa etmək niyyətindədir. Bu barədə "Report" "Travel.ru"ya istinadən xəbər verir.

    Reyslər, sentyabrın 7-dən başlayaraq, hər gün yerinə yetiriləcək. 

    Təyyarə Moskvadan ("Vnukovo" hava limanı) saat 10:30-da havaya qalxacaq, Bakıda saat 15:30-da enəcək. Əks istiqamətdə isə uçuş saat 16:30-da olacaq və təyyarə Moskvaya saat 17.30-daçatacaq. Bir tərəfə biletin minimal qiyməti 10 845 rubl (165 ABŞ dolları). Reyslər "Boeing-737" təyyarəsi ilə yerinə yetiriləcək.

    Qeyd edək ki, "UTair" aviaşirkəti 2008-ci ildən bu marşrutla uçuşlar yerinə yetirir. Lakin 2014-cü ildə Moskva-Bakı reysi şirkətinin Rusiya və xaricdə bir sıra xətləri ilə birgə iqtisadi böhran səbəbindən bağlanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi