Yuxarı

​Ukrayna Transxəzər nəqliyyat marşrutuna qoşula bilər

Ukrzaliznitsa ASC bu istiqamətdə daşınmaların inkişafında iştirak etməyə hazır olduğunu bildirib

Bakı. 17 noyabr. REPORT.AZ/ Bazar ertəsi Kiyevdə Transxəzər beynəlxalq nəqliyyat marşrutu imkanlarının təqdimat mərasimi keçirilib.

"Report" xəbər verir ki, tədbirdə Ukrayna və Qazaxıstanın dəmiryolu administrasiyaları, həmçinin Qazaxıstan, Azərbaycan və Gürcüstanın dəniz administrasiyaları və iri nəqliyyat-logistika operatorlarının nümayəndələri iştirak ediblər.

Tədbirin yekununda Ukrayna tərəfi marşruta qoşulma ehtimalının olduğunu bəyan edib.

"Ukrzaliznitsa" ASC-nin baş direktoru Aleksandr Zavqorodnının sözlərinə görə, şirkət Ukraynanın nəqliyyat infrastrukturundan istifadə etməklə, bu istiqamətdə daşınmaların inkişafında iştirak etməyə hazır olduğunu bildirib.

Transxəzər beynəlxalq nəqliyyat marşrutudur. Bu layihə Xəzər regionu ölkələrinin tranzit potensialının artırılması və inkişaf etdirilməsi üçün işlənib hazırlanıb. Marşrut Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazilərindən keçir və Avropada başa çatır.

2015-ci ilin iyulunda Çin-Qazaxıstan-Azərbaycan marşrutu üzrə ilk "Nomad Express" konteyner qatarı işə salınıb. Yeni qatar 6 sutka ərzində 4726 km. uzunluğunda yol qət edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi