Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir

Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir Ukrayna Avropadan gələn yüklərin cənub istiqamətində nəql olunmasına köməklik göstərəcək
İnfrastruktur
25 Noyabr , 2016 13:30
Ukrayna Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir

Bakı. 25 noyabr. REPORT.AZ/ "Ukrayna Dəmir Yolları" ASC Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq niyyətindədir. "Report" xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədr müavini İqbal Hüseynov deyib. 

"Ukrayna Dəmir Yolları" cənub istiqamətində - İrana tranzit yüklərin daşınması məqsədilə Avropadan gələn yüklərin Ukrayna sərhəd-keçid məntəqələrindən keçərək, Orta Asiya və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə qoşulmaq şərtilə köməklik göstərməyi təklif edir", - deyə İ.Hüseynov Bakıda imzalanmış müqavilənin detallarını açıqlayarkən bildirib. 

Qeyd edək ki, bu gün "Azərbaycan Dəmir Yolları" QSC ilə "Ukrayna Dəmir Yolları" ASC arasında imzalanan müqavilə Şimal-Cənub dəhlizinə yeni yüklərin cəlb olunması və qarşılıqlı əməkdaşlığı nəzərdə tutur.

Son xəbərlər

Orphus sistemi