Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək

Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək Ukrayna və Azərbaycan bununla bağlı Bakıda keçirilən görüşdə razılığa gəlib
İnfrastruktur
28 Aprel , 2017 12:38
Ukrayna Azərbaycan üzərindən İrana yük göndərəcək

Bakı. 28 aprel. REPORT.AZ/ Azərbaycan Ukrayna mallarının tranzitlə - Xəzər dənizi vasitəsi ilə İrana göndərməyə razılıq verib. “Report”un xarici KİV-lərə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna İnfrastruktur Nazirliyi tərəfindən məlumat verilib.

Məlumata görə, bu məsələ Bakıda keçirilən Trans-Xəzər Nəqliyyat və Logistika Sərgisi zamanı müzakirə edilib. Ukrayna nazirliklərini, dəmiryol idarəsini və dəniz limanını təmsil edən işçi qrupu Azərbaycan tərəfi ilə Avropa-Qafqaz-Asiya marşrutu ilə bağlı ilk razılaşma əldə edib.

Ukrayna nümayəndə heyəti həmçinin Ələt limanında olub.

“Azərbaycan tərəfi Kurık (Qazaxıstan) limanına bərə xəttinin açıldığını və fider gəmiləri (yüklərin hissə-hissə daşınması) ilə Əmirabad və Ənzəliyə (İran) yüklərin daşındığını deyib. Yeni İpək Yolu marşrutu ilə Çinlə, Şimal-Cənub dəhlizi vasitəsi ilə isə İranla karqo ticarəti genişlənir”, - deyə Nazirliyin açıqlamasında deyilir.

Son xəbərlər

Orphus sistemi