Yuxarı
    Bağlamaq

    Türkiyəli nazir: "Rəcəb Tayyip Ərdoğan Bakı-Tbilisi-Qarsda işlərin gedişini şəxsən izləyib"

    Türkiyəli nazir dəmir yolu xəttinin iyunun sonunda istismara veriləcəyini bildirib

    Bakı. 28 aprel. REPORT.AZ/ Bakı-Tbilisi-Qars (BTQ) dəmiryolu xətti bu il iyun ayının sonunda istismara veriləcək. 

    "Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan bildirib.

    "BTQ Qars və Mərkəzi Asiya, habelə Qazaxıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Çin arasında yüklərin daşınmasının təşkilinə imkan verəcək", - Ə.Arslan qeyd edib. 

    Onun sözlərinə görə, Osmanlı və Səlcuqlar dövlətlərinin memarlıq üslubunda olan Qars dəmiryolu stansiyasının tikintisi artıq yekunlaşmaq üzrədir.

    "Yüklərin boşaldılıb-yüklənməsi şəhər kənarında icra ediləcək. Məmnunluqla deyə bilərəm ki, dəmir yolunun tikintisi yekunlaşmaq üzrədir. Türkiyə prezidenti və baş naziri bu beynəlxalq layihənin reallaşdırılmasının gedişini şəxsən izləyirlər", - Ə.Arslan deyib.

    Onun sözlərinə görə, türkiyəli istehsalçıların məhsulları BTQ vasitəsilə Qarsdakı logistika mərkəzindən tədarük ediləcək. Bu, tədarükün maya dəyərinin və çatdırılması vaxtının azalmasına səbəb olacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi