Yuxarı
    Bağlamaq

    Türkiyədə TRACECA layihəsi ilə bağlı yeni qanun qüvvəyə minib

    Türkiyə parlamenti martın 14-də TRACECA ilə bağlı təməl razılaşmasına dəyişiklikləri təsdiq edib© Courtesy İmage

    Bakı. 3 aprel. REPORT.AZ/ Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan TRACECA (Transport Corridor Europe-Caucasus-Asia - Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi) layihəsi ilə bağlı qəbul olunmuş qanunun qüvvəyə minməsinə dair sənədi təsdiqləyib. “Report”un "Anadolu" Agentliyinə istinadən verdiyi xəbərə görə, prezident sənədi bu gün səhər imzalayıb.

    Qeyd edək ki, “Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi üzərindən beynəlxalq daşımaların inkişaf etdirilməsi üzrə çoxtərəfli təməl razılaşmasına dəyişikliklər haqqında Protokolun təsdiqlənməsi haqqında" qanun bu ilin martın 14-də Türkiyə parlamentində qəbul edilib.

    Xatırladaq ki, bu gün R.T.Ərdoğan ümumilikdə 54 qanunu təsdiqləyib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi