Yuxarı

Türkiyə təyyarə istehsalına başlayıb

İlk istehsal olunan təyyarələrin 30-33 nəfər tutumu olacaq

Bakı. 29 may. REPORT.AZ/ Türkiyə bu günlərdə sərnişin təyyarələrinin istehsalına başlayıb. Ötən gün təqdimatı keçirilən “Yerli təyyarə istehsalı” layihəsinin ortaqlarından olan SNC (Sierra Nevada Corporation) şirkətinin rəhbəri Eren Özmən yeni təyyarənin böyük təyyarələrin uça bilmədiyi şəhərlər arasında səfər edəcəyini bildirib.

"Report" xəbər verir ki, bu barədə məlumat verən E.Özmən layihənin 30-33 sərnişin tutumlu TRJ328-150 TP və TRJ328-310 reaktiv təyyarələrinin istehsalı ilə paralel olaraq, gələcəkdə 56-64 sərnişin tutumlu olması nəzərdə tutulan TRJ628 reaktiv və turbopropellerli təyyarələrinin dizayn, sertifikatlaşdırma və istehsal prosesini əhatə etdiyini bildirib.

Layihənin təməlinin mövcud "Dornier 328" (D328) təyyarələrinin modernləşdirilmiş versiyalarına əsaslandığını bildirən SNC rəhbəri istehsal olunan təyyarələrin Türkiyənin ilk yerli sərnişin təyyarəsi olacağını vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi