Türkiyə Qarsda logistika mərkəzi yaratmağı planlaşdırır

Türkiyə Qarsda logistika mərkəzi yaratmağı planlaşdırır Türkiyənin şərq əyalətlərinin məhsulları bu mərkəzdən Bakı-Tbilisi-Qars dəmiryolu ilə daşınacaq
İnfrastruktur
10 Aprel , 2017 11:05
Türkiyə Qarsda logistika mərkəzi yaratmağı planlaşdırır

Bakı. 10 aprel. REPORT.AZ/ Türkiyə Bakı-Tbilisi-Qars dəmiryolu dəhlizi vasitəsilə yerli məhsullarının tədarükü üçün Qarsda logistika mərkəzi tikməyi planlaşdırır.

"Report"un "Anadolu" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyənin nəqliyyat, gəmiçilik və kommunikasiya naziri Əhməd Arslan deyib.

"Bakı-Tbilisi-Qars dəmir yolunun iyun ayında istismara verilməsi planlaşdırılır. Bu layihə Türkiyənin şərq əyalətlərinin iqtisadi inkişafına töhfə verəcək. Türkiyə istehsalçılarının məhsulları Qarsdakı logistika mərkəzindən dünyanın müxtəlif ölkələrinə tədarük olunacaq. Bu isə həm məhsulların maya dəyərini, həm də çatdırılma müddətini xeyli azaldacaq", - deyə Ə.Arslan bildirib.

Nazirin sözlərinə görə, Qarsdan Bakıya bir dəmiryol xətti fəaliyyət göstərəcək, sonrakı mərhələdə daşımalar Qazaxstan və Türkmənistan üzərindən Çinə qədər davam etdiriləcək: "Söhbət dəmir yolu vasitəsilə çox böyük həcmdə daşımalardan gedir".

Son xəbərlər

Orphus sistemi