Türkiyə ilə Azərbaycan arasında yüksəksürətli qatar layihəsi gündəmdədir

Türkiyə ilə Azərbaycan arasında yüksəksürətli qatar layihəsi gündəmdədir Türkiyə bu sahəyə 5 milyard lirə sǝrmayǝ qoyacaq
İnfrastruktur
28 Dekabr , 2014 17:07
Türkiyə ilə Azərbaycan arasında yüksəksürətli qatar layihəsi gündəmdədir

Bakı. 28 dekabr. REPORT.AZ/ Ankara-Sivas dəmir yolu xətti tamamlandıqdan sonra Ərzincan-Qars bağlantısı vasitəsilə Türkiyə ilə Azərbaycan arasında yüksəksürətli qatarın işə salınmasına dair layihə gündəmdədir.

"Report" TRT-yə istinadən xəbər verir ki, bu çǝrçǝvǝdǝ Türkiyǝdǝ yüksəksürətli qatar xətti layihəsinə sǝrmayǝ qoyuluşları artırılacaq. Gələn il bu sahəyə 5 milyard lirə sǝrmayǝ qoymağı planlaşdıran Dövlət Dəmir Yolları Baş İdarəsi qonşu ölkələrə yüksəksürətli qatarla səfər etmək üçün real işlərə başlayıb. Bu sahədə əvvəlcə Şimali İraq istiqamətindəki dəmir yolu xətləri yenilənəcək.

Ümumiyyətlə, 1759 kilometr uzunluğunda salınacaq yeni yol qardaş ölkǝ Azərbaycan ilə yanaşı, digər qonşu ölkələrə də yüksəksürətli qatarla gedib-gəlməyə imkan verəcək.

“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov bununla bağlı bildirib ki, sərnişinlər gələn il istifadəyə verilməsi gözlənilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə belə bir imkandan istifadǝ edǝ biləcəklər. “Ancaq hələlik Türkiyə tərəfindən bu istiqamətdə işlərə yeni başlanılıb. Yüksəksürətli qatar xəttinin Bakı-Tbilisi-Qars dəmir yoluna birləşdirilməsi sərnişinlərə əlavə imkanlar yaradacaq.

Son xəbərlər

Orphus sistemi