Yuxarı
    Bağlamaq

    "Toyota" təhlükəsizlik yastığına görə 6 milyona yaxın avtomobili geri çağırıb

    Geri çağrılan avtomobillər 2000-ci və 2004-cü illərdə istehsal edilən, o cümlədən Corolla və Yaris modelləridir

    Bakı. 26 oktyabr. REPORT.AZ/ Yaponiyanın avtomobil şirkəti “Toyota” təhlükəsizlik yastıqlarında olan problemə görə dünya üzrə 5,8 milyon avtomobili geri çağırır.

    “Report”un xəbərinə görə, şirkətin yaydığı bəyanatda bildirilib ki, geri çağrılan avtomobillər 2000-ci və 2004-cü illərdə istehsal edilən, o cümlədən“Corolla” və “Yaris” modelləridir.

    Ümumiyyətlə, ilk dəfə deyil ki, “Takata” şirkətinin təhlükəsizlik yastıqları ilə təchiz olunan avtomobillər geri çağrılır. Bundan əvvəldə bir neçə avtomobil istehsalçıları bəyan ediblər ki, “Takata”nın təhlükəsizlik yastıqları avtomobil hərəkətdə olan zaman öz-özünə açıla bilər. Bu qurğunun balaca dəmir detalları maşının salonuna uçub həm sürücüyə, həm də sərnişinlərə zərər verə bilər.

    “Toyota”nın mətbuat xidmətinin məlumatına görə, nöqsanı olan təhlükəsizlik sistemi böyük fəsadlara gətirib çıxara bilər.

    Xatırladaq ki, "Toyota"  bundan əvvəl də bir neçə dəfə avtomobillərini geri çağırmaqla bağlı bəyanatlar yayıb. Bu maşınların istehsalı zamanı konstruktiv qüsurlar və səhvlərlə bağlı olub. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi