Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub - VİDEO

Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub - VİDEO Yenidənqurma işləri 15 km-lik hissədə aparılıb
İnfrastruktur
20 Oktyabr , 2016 09:57
Tovuzda 3 yaşayış məntəqəsini birləşdirən yol yenidən qurulub - VİDEO

Bakı. 20 oktyabr. REPORT.AZ/ Tovuz rayonunun Qovlar şəhəri, Alakol və Əyyublu kəndləri arasında olan avtomobil yolu yenidən qurulub. “Azəravtoyol” ASC-dən "Report"a daxil olan məlumata görə, yenidənqurma 15 km-lik hissədə aparılıb. Yolun əsaslı şəkildə təmir edilməməsi nəticəsində asfalt-beton örtük sıradan çıxmış vəziyyətdə idi. Bu isə avtonəqliyyat vasitələrinin normal və maneəsiz hərəkətinə mane olurdu. Artıq bu problem tam olaraq aradan qaldırılıb.

Tikinti layihəsi çərçivəsində yolun 820 metrlik hissəsi I, qalan hissəsi isə III texniki dərəcəyə uyğun yenidən qurulub. Hərəkət zolaqları 820 m-lik hissədə 4, qalan hissədə isə 2-dir. Yolun hərəkət hissəsinin eni 7 m, çiyinlərin eni 0,5 m bərkidici zolaqlarla birgə 2,5 m olmaqla torpaq yatağının eni 12 metr təşkil edir.

Yenidənqurma işləri zamanı zəruri olan yerlərdə yol yatağı kipləşdirilib, daha sonra 37,9 min kubm həcmində və 25 sm qalınlığında çınqıldan əsasın alt layının, 20,4 min kubm həcmində və 15 sm qalınlığında optimal qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi aparılıb.

Yolun hərəkət hissəsi asfalt-beton örtüyünün döşənməsi üçün hazır olduqdan sonra 133,1 min kv.m sahədə asfaltlanma işləri aparılıb. İşlər çərçivəsində yola 12 sm qalınlığında 2 laydan ibarət 34,4 min ton asfalt-beton örtük döşənib. Bundan başqa yol üzərində müxtəlif diametrli 10 ədəd suötürücü borular tikilib ki, onların da uzunluğu 130 metr təşkil edir.

Layihənin icrası zamanı Zəyəmçay üzərində uzunluğu 80 m, eni 9,5 m olan dəmir-beton avtomobil körpüsü əsaslı şəkildə təmir edilib. Körpü 3 aşırımlı olmaqla hər bir tərəfində 1 m enində piyada səkisi də mövcuddur.

Tikinti işləri bitdikdən sonra yol boyu zəruri olan yerlərdə 78 ədəd yol nişanı quraşdırılıb, 7,5 min kv. m yol cizgi və yol göstərici xətləri çəkilib.

Son xəbərlər

Orphus sistemi