Yuxarı

Bakıda daha bir küçədə nəqliyyatın hərəkəti bərpa olunub

Əhməd Cəmil küçəsində 8 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib

Bakı. 8 yanvar. REPORT.AZ/ Bakı şəhərinin Yasamal rayonunda Əhməd Cəmil küçəsi yenidən təmir olunub. “Azəryolservis” ASC-dən "Report"a daxil olan məlumata görə, Ə.Cəmil küçəsinin əsaslı şəkildə təmir olunan hissəsi Əbdürəhim bəy Haqverdiyev və General Akim Abbasov küçələri arasında yerləşir. Bu hissənin ümumi uzunluğu 613 metr, eni isə 12 metrdir.

Təmir-tikinti işləri çərçivəsində küçənin köhnə asfalt-beton örtüyü frez maşınları ilə qaşınaraq ərazidən daşınıb. Deformasiyaya uğramış köhnə yol yatağı qazılaraq çıxarılıb və əvəzinə 50-60 sm qalınlığında yeni yol əsası tikilib. Daha sonra ikiqat və 10 sm qalınlığında olmaqla təqribən 8 min kv. metr sahəyə yeni asfalt-beton örtüyü döşənib.

Kompleks şəkildə “Azəryolservis” tərəfindən aparılan işlər zamanı küçə boyu yeni yağış-kanalizasiya sistemi də qurulub, zəruri olan yerlərə 11 ədəd yeni yağış barmaqlığı qoyulub. Bundan başqa, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, 31 ədəd baxış qapağı yenisi ilə əvəzlənib.

Təmir-tikinti işləri çərçivəsində zəruri olan yerlərdə mövcud piyada səkiləri təmir olunaraq asfaltlanıb. Səkilərin kənarlarına ümumilikdə 1 300 poqonmetr yeni səki daşı düzülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi