Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib

Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib.
İnfrastruktur
15 Mart , 2019 19:01
Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib

Gürcüstanın paytaxtı Tbilisidə Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işçi qrupun görüşü keçirilib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolları” SC məlumat yayıb.

Görüşdə Qazaxıstan, Azərbaycan, Gürcüstan, Türkiyə, Ukrayna və Polşanın dəmir yolları idarələri və logistika şirkətlərinin nümayəndələri iştirak ediblər.

İşçi qrup Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı yolları, 2019-cu il üçün tarif planları, Aktau və Bakı limanları vasitəsilə yüklərin daşınması məsələlərini müzakirə edib.

Tədbirdə yükdaşmalarına nəzarət üçün operativ informasiya mübadiləsi barədə razılıq əldə olunub. Toplantının yekununda müvafiq protokol imzalanıb.

Son xəbərlər

Orphus sistemi