Yuxarı
    Bağlamaq

    Tbilisidə BTQ dəmir yolu layihəsi üzrə koordinasiya şurasının iclası keçiriləcək

    Tbilisi. 4 mart. REPORT.AZ/ Martın 5-də Tbilisidə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə koordinasiya şurasının növbəti iclası keçiriləcək.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, iclasda iştirak etmək üçün Azərbaycan Dəmir Yolları QSC-nin sədri Cavid Qurbanov, iqtisadiyyat naziri, Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının sədri Şahin Mustafayev və digər rəsmi şəxslər martın 4-də Tbilisiyə gəliblər.

    Azərbaycan nümayəndə heyətinin üzvləri Tbilisinin mərkəzindəki Heydər Əliyev parkında ulu öndərin abidəsini ziyarət edəcəklər.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi