Yuxarı

Tbilisidə Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu Əlaqələndirmə Komitəsinin iclası keçirilib

İyunun 1-dən marşrut boyunca yeni daşıma tarifləri qüvvəyə minəcək

Bakı. 17 may. REPORT.AZ/ Bu gün Tbilisidə (Gürcüstan) Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun (TMTM) Əlaqələndirmə Komitəsinin iclası keçirilib.

"Report"un “Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən verdiyi xəbərə görə, tədbirdə Beynəxlaq Transxəzər Nəqliyyat Marşrutunun iştirakçı dövlətlərinin dəmir yolları idarələrinin rəhbərləri iştirak ediblər. Bu tədbirdə Azərbaycanı “Azərbaycan Dəmir Yolları”nın sədri Cavid Qurbanovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edib.

İclasda Əlaqələndirmə Komitəsinə yeni sədrin seçilməsi, Komitəyə yeni üzvlərin qoşulması, bu marşrutda rəqabətədavamlı tariflərin tətbiqi, cari ilin sonunadək Komitənin fəaliyyət planı və digər məsələlər müzakirə olunub.

Əlaqələndirmə Komitəsinin sədri vəzifəsinə təkrarən “Qazaxıstan Dəmir Yolları” SC-nin prezidenti Askar Mamin seçilib.

Eyni zamanda, iştirakçılar Komitəyə yeni üzvlər qəbul ediblər. Bu, Ukraynanın “Ukrzaliznitsya” və “Ukrferi” şirkətləri, habelə Moldovanın “Translogistic” şirkəti olub.

Tərəflər Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunda tətbiq olunacaq yeni tarifləri də müzakirə edərək təsdiq edib. Həmin tariflər vaqon, konteyner və yükdaşımaların digər novlərinə aiddir. Qəbul olunan qərara əsasən, yeni rəqabətədavaml tariflər 2016-cı il iyunun 1-dən qüvvəyə minəcək.

İclas iştikaçıları cari məsələləri müzakirə edərək, ilin sonunadək Əlaqələndirmə Komitəsinin fəaliyyət planını da təsdiq ediblər.

Tədbirdə vurgulanıb ki, bütün müzakirə edilən məsələlər və qəbul olunan qərarlar marşrutun coğrafiyasının genişlənməsinə, nəqliyyat dəhlizinin inkişafına, rəqabətliliyin və daşınan yüklərin həcminin artmasına səbəb olacaq.

Qeyd edk ki, iclasda həmçinin aprelin 12-də Bakıda yaradılan Transxəzər Beynəlxalq Konsorsiumunun üzvləri iştirak ediblər. Xatırladaq ki, konsorsiuma Azərbaycandan “ADY Express” MMC və “ACSC Logistics” MMC daxildir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi