Tbilisi prospektində yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması təklif olunur - VİDEO

Tbilisi prospektində yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması təklif olunur - VİDEO Bakı Nəqliyyat Agentliyi təkliflər hazırlayıb: Tbilisi prospektində hər iki istiqamətdə hərəkət zolaqlarının sayı artırılmalıdır
İnfrastruktur
27 Aprel , 2017 13:18
Tbilisi prospektində yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması təklif olunur - VİDEO

Bakı.27 aprel.REPORT.AZ/ Bakı şəhərinin Tbilisi prospektində yerləşən dairədə dayanacaqlar döngələrdən dərhal sonra quraşdırıldığı üçün, bu, avtonəqliyyatın ümumi axınına problemlər yaradır. Paytaxtda işıqforlar, piyada keçidləri və avtobus dayanacaqları nəqliyyatın normal axınına maneə törədən əsas problemlərdir. 

"Report" xəbər verir ki, bu fikir Tbilisi dairəsində nəqliyyat axının tənzimlənməsinə dair Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən hazırlanan təkliflərdə qeyd edilib.

Tbilisi dairəsində ("İST Petrol" yanacaqdoldurma məntəqəsinin önündə) Tbilisi prospekti, Həsən Əliyev küçəsi və Şəfayət Mehdiyev küçəsinin kəsişdiyini qeyd edən BNA dairədə tənzimlənməyən piyada keçidinin nəqliyyat axınının hərəkətinə maneə olduğunu müəyyən edib: "Bundan başqa, eyni istiqamətdə hərəkət zolaqlarının dəyişməsi intensiv hərəkətə çətinlik yaradır. İşıqforlar isə düzgün tənzimlənmədiyi üçün yolun ötürücülük qabiliyyətini aşağı salır".

BNA bu ərazidə nəqliyyatla bağlı problemin həlli üçün hazırladığı təkliflərdə dayancaqların yenidən qurulması, Tbilisi prospektində hər iki istiqamətdə hərəkət zolaqlarının sayının artırılması, yeni işıqforların quraşdırılması və dövriyyənin yenidən nizamlanması, tənzimlənməyən piyada keçidinin ləğv edilməsi, nizamlanan piyada keçidinin təşkil olunması təşəbbüsü ilə çıxış edib.

Qeyd edək ki, Tbilisi dairəsində nəqliyyatın axının tənzimlənməsi ilə bağlı yeniliklər may ayında tətbiq ediləcək. 

Son xəbərlər

Orphus sistemi