Yuxarı

Tarif Şurasının qərarına qədər Bakı-Sumqayıt-Bakı qatarları pulsuz hərəkət edəcək - FOTO

Qatarlar Bakıdan səhər saat 08:00-da və axşam saat 20:00-da Sumqayıta yola düşəcək

Bakı. 12 sentyabr. REPORT.AZ/ “Hazırkı plana görə, Bakı-Sumqayıt-Bakı qatarları Bakıdan səhər saat 08:00-da və axşam saat 20:00-da Sumqayıta yola düşəcək. Sumqayıtdan isə səhər saat 09:30-da və 21:30-da Sumqayıtdan Bakıya qayıdacaq”.

“Report”un xəbərinə görə, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin rəisi Samir Qənili jurnalistlərə açıqlamasında bildirib

O qeyd edib ki, Tarif Şurasının gediş haqqına dair qərarı çıxana qədər qatarlar pulsuz hərəkət edəcəklər.

“Bakıda dəmir yolu vağzalında quraşdırılan turniketlərin sayı 22, Biləcəridə 15, Sumqayıtda 15 ədəd təşkil edir”, - S.Qənili bildirib.

Bundan başqa, yeni qatarlarda WI-FI sistemi də quraşdırılıb.

"Biznes sinfə" daxil olan qatarların oturacaqları daha genişdir, burada sərnişinlər kofe və çay xidməti ilə təmin olunacaqlar. Həmçinin "Biznes sinfin" sərnişinləri ancaq biletlərində göstərilən yerlərdə əyləşəcəklər. Adi qatarlarda isə sərnişinlər arzu etdikləri yerlərdə əyləşə bilərlər.

Qeyd edək ki, Bakı-Sumqayıt-Bakı sərnişin dəmir yolunda ümumilikdə 8 qatar hərəkət edəcək. Onların 3-ü "Stadler Rail" şirkətinin istehsalıdır, qalan 5-i isə Riqadan gətirilən qatarlardır.

Foto: İsmayıl Nur

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi