Yuxarı

Tarif Şurası: Sərnişindaşımada qiymət dəyişikliyi hazırda müzakirə olunmur

Abbas Əliyev: Hazırda bu mövzu gündəmdə deyil

Bakı. 24 dekabr. REPORT.AZ/ “Hazırda Tarif Şurasında sərnişindaşımanın tariflərinin dəyişdirilməsi ilə bağlı məsələlər müzakirə edilmir”.

“Report”un verdiyi xəbərə görə, bu barədə Azərbaycan İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat katibi Abbas Əliyev bildirib. 

Onun sözlərinə görə, hazırda bu mövzu gündəmdə deyil.

Qeyd edək ki, bir sıra kütləvi informasiya vasitələrində yeni ildən sərnişindaşıma qiymətlərində artım olacağı ilə bağlı məlumatlar yayılıb. Hətta Nəqliyyat Nazirliyi tərəfindən Tarif Şurasına müraciət ediləcəyi barədə də bildirilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi