Tahir Budaqov: "Şəffaflıq üçün sayıcıların iş yükü azaldılıb"

Tahir Budaqov: "Şəffaflıq üçün sayıcıların iş yükü azaldılıb" “Azərbaycanda bu dəfə həyata keçirilən əhalinin siyahıya alınması iki hissədən ibarət olacaq - həm mənzil fondu, həm də insanlar siyahıya alınacaq”.
İnfrastruktur
1 Oktyabr , 2019 12:34
Tahir Budaqov: Şəffaflıq üçün sayıcıların iş yükü azaldılıb
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov / Report / Firi Salim

“Azərbaycanda bu dəfə həyata keçirilən əhalinin siyahıya alınması iki hissədən ibarət olacaq - həm mənzil fondu, həm də insanlar siyahıya alınacaq”.

“Report” xəbər verir ki, bunu keçirdiyi mətbuat konfrasında Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov deyib.

Onun sözlərinə görə, mənzil fondunun qeydiyyata alınması növbəti 10 il üçün bu sahədə proqnoz verilməsinə şərait yaradacaq: “Mənzil fondunun siyahıya alınmasına səbəb son 10 ildə ev təsərrüfatlarında aparılan dəyişikliklər olub. Məsələn, ev təsərrüfatlarının orta say tərkibi 4,7-yə düşüb. Bilirsiniz ki, son illər insanlarımızın gəlirlərində dəyişiklik olub, əhalinin artım tempi azalıb. Bu da ev təsərrüfatlarının say tərkibinə təsir edir. Ayrı-ayrı regionlarda isə say tərkibi fərqlidir. Məsələn, Qəbələdə apardığımız sınaq siyahıyaalmada bu rəqəm 4,2 olub".

Sədr onu da bildirib ki, əhalinin siyahıya alınması zamanı insanlar haqqında bütün məlumatlar qeyd ediləcək: “Siyahıyaalmanın əsas məqsədlərindən biri ölkədə əmək bazarının qeydiyyata alınmasıdır. Əvvəlki siyahıyaalmalardan fərqli olaraq bu dəfə prosesin şəffaf keçirilməsi üçün sayıcıların işi yükü azaldılıb, hər sayıcıya düşən insanların sayı 450 nəfərdən 300-ə endirilib. Orta hesabla bir sayıcı 30 nəfəri siyahıya alacaq".

Son xəbərlər

Orphus sistemi