Yuxarı

Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti ilə görüşüb

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb

Bakı. 20 may. REPORT.AZ/ Bu gün Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski ilə görüşüb. “Report” Dövlət Statistika Komitəsinə istinadən bildirir ki, görüşdə “Milli statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasında Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə dəstək” Tvinninq layihəsinin icra vəziyyəti, Bolqarıstan Milli Statistika İnstitutu ilə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Komitəsinin sədri Avropa İttifaqının dəstəyi ilə keçirilən Tvinninq layihəsinin Azərbaycan statistika sisteminin Avropa standartlarına uyğunlaşdırılmasına xidmət etdiyini bildirib. Onun sözlərinə görə, layihəyə Almaniya, Bolqarıstan, Çexiya və Niderlandın statistika orqanları cəlb edilib: “Komitə bir sıra beynəlxalq qurumlarla, o cümlədən BMT-nin bir çox struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), Beynəlxalq Əmək Təşkilatı, YUNESKO, Dünya Bankı və Avrostat kimidigər təşkilatlarla səmərəli əməkdaşlıq edir”.

Bolqarıstan Milli Statistika İnstitutunun prezidenti Sergey Tsvetarski səmimi görüşə görə məmnunluğunu bildirib. O, Dövlət Statistika Komitəsinin tərəfdaş ölkələrlə, beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq etdiyini yüksək qiymətləndirdiyini diqqətə çatdırıb: “Dövlət Statistika Komitəsi ilə Bolqarıstan Milli Statistika İnstitutu arasında həyata keçirilən proqramların və əməkdaşlığın genişləndirilməsi imkanları var”.
Görüşdə əməkdaşlığın perspektivləri ətrafında müzakirələr aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi