Suraxanı rayonunda daha bir küçə təmir edilib - VİDEO

Suraxanı rayonunda daha bir küçə təmir edilib - VİDEO Etibar Bəkirov küçəsinin əsaslı yenidən qurulması işləri tam yekunlaşıb
İnfrastruktur
14 Avqust , 2017 15:11
Suraxanı rayonunda daha bir küçə təmir edilib - VİDEO
Azeravtoyol.gov.az

Bakı. 14 avqust. REPORT.AZ/ Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində Etibar Bəkirov küçəsinin əsaslı yenidən qurulması işləri tam yekunlaşıb. "Azəravtoyol" ASC-nin mətbuat xidmətindən "Report"a daxil olan məlumata görə, yolun əsaslı şəkildə yenidən qurulması texnoloji ardıcıllığa riayət olunmaqla və yüksək keyfiyyətlə adı çəkilən küçənin İlqar Musayev küçəsi ilə kəsişməsinədək olan 1,9 km-lik hissəsində aparılıb. Tikinti işləri çərçivəsində küçənin eni 4-5 metr arasında ərazidən asılı olaraq 9-12 metrə qədər genişləndirilib.

Daha sonra yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan hissələrdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb. Qazılmış və genişləndirilmiş hissələrə karbonat materialı tökülərək kipləşdirilmə işləri aparılıb.

Yol yatağının tikintisindən sonra asfaltlanma işləri görülüb . Ümumilikdə yolun asfaltlanması üçün 20 min kv. m sahəyə ikiqat 12 sm qalınlığında yeni asfalt-beton örtüyü döşənib. E.Bəkirov küçəsində aparılan yenidənqurma işləri çərçivəsində 1,5 m enində piyada səkiləri inşa edilib. Piyada səkilərinin salınması üçün 5 min poqon metr səki daşından istifadə olunub. Layihəyə uyğun olaraq yeraltı kommunikasiya xətlərinin keçirilməsi üçün 6 yerdə ehtiyat keçidlər salınıb, 15 ədəd kommunikasiya xətlərinin baxış qapaqları yenisi ilə əvəz olunub, yağış sularını ötürmək üçün 7 ədəd yağış barmaqlıqları qoyulub, həmçinin 6 yerdə yolun altından dəmir-beton borular da quraşdırılıb.

Qeyd edək ki, layihəyə uyğun bütün işlər tamamilə başa çatdıqdan sonra zəruri olan yerlərdə 55 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılıb, yolcizgi və yolgöstərci xətlərinin çəklişi işləri aparılıb.

Son xəbərlər

Orphus sistemi