Sumqayıtdan Bakıya gələn sərnişin elektrik qatarı yolda qalıb - YENİLƏNİB

Sumqayıtdan Bakıya gələn sərnişin elektrik qatarı yolda qalıb - YENİLƏNİB Maşinist gərginliyin olmadığını bildirir
İnfrastruktur
9 Dekabr , 2016 10:52
Sumqayıtdan Bakıya gələn sərnişin elektrik qatarı yolda qalıb - YENİLƏNİB

*** İlk xəbər 10:21-də dərc olunub

Bakı. 9 dekabr. REPORT.AZ/ Bu gün saat 10:00-da Sumqayıt - Bakı istiqamətində hərəkət edən sərnişin elektrik qatarında problem yaranıb. 

"Report"un hadisə yerinə olan müxbirinin məlumatına görə, qatarın hərəkəti Ceyranbatan qəsəbəsi yaxınlığında dayanıb.

Qatarın maşinisti sərnişin elektrik qatarının texniki səbəbdən yolda qaldığını, daha doğrusu, güclü külək nəticəsində gərginliyin olmadığını deyib. 

***

Bakı. 9 dekabr. REPORT.AZ/ "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat katibi Nadir Əzməmmədov hadisə ilə bağlı "Report"a bildirib ki, Sumqayıtdan Bakıya hərəkət edən qatar Ceyranbatan qəsəbəsinə yaxın ərazidə hərəkətini dayandırmalı olub.

"Güclü külək nəticəsində elektrik dirəyi aşaraq relslərin üzərinə düşüb. Bizim bərpa qatarımız və texniki işçilərimiz artıq hadisə yerinə yollanıblar. Bakıya doğru hərəkət edən qatar Sumqayıt Sərnişin Stansiyasına geri qayıtmalı olub. Stansiyada 150 sərnişin var və onlara əldə etdikəri biletin dəyəri geri qaytarılır", - deyə N.Əzməmmədov əlavə edib.

Son xəbərlər

Orphus sistemi