Yuxarı
    Bağlamaq

    Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin inşası yekunlaşır - VİDEO

    Həmin hissədə 2 ədəd avtobus dayanacağı da qoyulacaq© Azeravtoyol.gov.az

    Bakı. 28 mart. REPORT.AZ/ Bakı-Şamaxı avtomobil yolunun 12,8-ci km-də, Binəqədi rayonunun Sulutəpə qəsəbəsi ərazisində yeni yerüstü piyada keçidinin inşası ilə bağlı işlər davam etdirilir.  "Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, inşaat işləri çərçivəsində dəmir-beton özül dayaqlarının (döşəməsinin) tikintisi başa çatdırılıb, metal aşırım hissələri quraşdırılıb. Eyni zamanda, hər iki tərəfdən metal pilləkənlərin da quraşdırılması işləri yekunlaşıb.

    Metal aşırım hissələrinin tənzimlənməsindən və məhəccərlər quraşdırıldıqdan sonra, keçidin ətrafında abadlıq və yaşıllaşdırma işlərinə başlanılacaq, keçiddə müasir işıqlandırma sistemi qurulacaq, təhlükəsizlik kameraları quraşdırılacaq.

    Eyni zamanda piyada keçidinin ətrafında 2 ədəd avtobus dayanacağı qoyulacaq və ümumi hərəkətə maneə yaratmadan dayanacağa giriş-çıxışını təmin etmək üçün xüsusi cibli hissələr yaradılacaq, lazımi yol nişanları quraşdırılacaq.

    Sözügedən yüngül konstruksiyalı piyada keçidi 1 aşırımlı (orta dayaqsız) və üstü açıq olaraq qurulub. Layihəyə uyğun olaraq keçidin uzunluğu 50 metr təşkil edir. Pilləkan hissələri də daxil qalereyasının ümumi uzunluğu 64,75 metr, eni isə 3 metrdir. Keçidin yol səthindən hündürlüyü 5,5 metrdir.

    Aşırım və pilləkan hissəsi metal konstruksiyalı olan piyada keçidi avtonəqliyyat vasitələrinin və piyadaların intensiv hərəkət etdiyi ərazidə inşa edilib. Bununla da, həm piyadaların rahat və təhlükəsiz şəraitdə avtomobil yollarından keçməsi, həm də avtonəqliyyat vasitələrinin fasiləsiz və maneəsiz hərəkəti təmin olunacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi