Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurasının ilk iclası keçirilib

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurasının ilk iclası keçirilib Toplantıda sahibkarlıq fəaliyyətiylə məşğul olan şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları müzakirə edilib
İnfrastruktur
19 Fevral , 2016 18:44
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurasının ilk iclası keçirilib

Bakı. 19 fevral. REPORT.AZ/ Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində yaradılmış Apellyasiya Şurasının ilk iclası keçirilib. Komitədən "Report"a verilən məlumata görə, iclasda şuranın hazırkı fəaliyyətinin təşkili, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərdən daxil olan şikayətlərə baxılması qaydaları və digər məsələlər müzakirə edilib. Apellyasiya Şurasının sədri Arif Əşrəfov şuranın fəaliyyətində bütün zəruri tədbirlərin həyata keçirilməsi və daxil olan şikayətlər üzrə araşdırma işinin ən qısa zamanda aparılması və müraciətlərin operativ cavablandırılmasının vacib olduğunu qeyd edib.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində Apellyasiya Şurası sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı komitənin və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlər istisna olmaqla) verilmiş təkrar şikayətlərə baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

Son xəbərlər

Orphus sistemi